“Zirə” Azərbaycan Kubokunda 1/4 finala əzmkar qələbə ilə çıxdı

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun gününün sonuncu qarşılaşması Zirədə baş tutub.

“Zirə” bir neçə gün öncə Premyer Liqa çərçivəsində səfərdə uduzduğu “Turan Tovuz”u bu dəfə kubok matçında qəbul edib. Bu oyunda da hesabı tovuzlular açıblar. Amma zirəlilər yekunda əzmkar qələbə sayəsində mərhələ adlamağı bacarıblar.

Xatırladaq ki, daha öncə “Sabah”, “Sumqayıt”, “Araz-Naxçıvan”, “Qəbələ” və “Səbail” komandaları da Azərbaycan Kubokunda 1/4 finala vəsiqə qazanmışdılar. “Qarabağ” – MOİK və “Neftçi” – “Qaradağ Lökbatan” oyunları isə sabah keçiriləcək.

Azərbaycan Kuboku
1/8 final
20 dekabr

“Zirə” – “Turan Tovuz” 2:1
Qollar: Filipe Paxtman, 82. Rüstəm Əhmədzadə, 88 – Otto Con, 4.
Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Rəhman İmami, Rəvan Həmzəzadə
Zirə İdman Kompleksinin stadionu, 17:00.

Zirə: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 11. Rüstəm Əhmədzadə, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 5. Stefan Akka, 9. Vladislav Kulaç, 23. Andriya Lukoviç, 70. İssa Cibrilla, 7. Filipe Paxtman.
Baş məşqçi: Rəşad Sadıqov.

Turan Tovuz: 85. Kamal Bayramov (k), 4. Şəhriyar Əliyev, 88. Faiq Hacıyev, 99. Veysəl Rzayev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 7. Luis Paçu, 25. Denis Marandiç, 80. Otto Con, 11. Ayxan Hüseynov.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 13. Aydın Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 6. Bruno Qonçalves, 9. Belajdi Pusi, 79. Martin Petkov.
Baş məşqçi: Ayxan Abbasov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: