“Bolonya” “İnter”i İtaliya Kubokunda 1/4 finala buraxmadı

Bu gün futbol üzrə İtaliya Kubokunda 2023/2024 mövsümünün 1/8 final mərhələsinin daha bir qarşılaşması baş tutub.

Arena.az xəbər verir ki, dördüncü oyun gününün yeganə matçı A Seriyasının lideri “İnter”lə “Bolonya” arasında baş tutub.

Milan təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb. Əsas vaxtı qolsuz bitən matçın qalibini müəyyənləşdirmək üçün əlavə 30 dəqiqəyə ehtiyac duyulub. Əlavə vaxtın əvvəlində “İnter” hesabı açıb. Amma 112 və 116-cı dəqiqələrdə iki qol vuran “Bolonya” sensasiyalı şəkildə milanlıları kubokdan kənarlaşdırıb.

Xatırladaq ki, daha öncə “Latsio”, “Fiorentina” və “Frozinone” də 1/4 finala vəsiqə qazanmışdılar.

İtaliya Kubokunda 1/8 finalın qalan görüşləri gələn ilin yanvar ayında baş tutacaq.

İtaliya Kuboku
1/8 final
5 dekabr

Latsio – Cenoa 1:0

6 dekabr

Fiorentina – Parma 2:2 (penaltilər 4:1)

19 dekabr

Napoli – Frozinone 0:4

20 dekabr

İnter – Bolonya 1:2

2 yanvar

00:00. Milan – Kalyari

3 yanvar

21:00. Atalanta – Sassuoloo
00:00. Roma – Kremoneze

4 yanvar

00:00. Yuventus – Salernitana

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: