Super Liqanın rəhbəri: “Futbol azaddır!”

Super Liqa layihəsinin baş direktoru Bernd Rayxart Avropa məhkəməsinin Super Liqa haqda verdiyi qərarından danışıb.

Arena.az xatırladır ki, hüquqi orqan FIFA və UEFA-nın 2021-ci ildə Super Liqanın yaradılmasına qadağa qoyulması ilə bağlı fəaliyyətlərini qanunsuz kimi tanıyıb.

“Yarışlarda iştirak etmək hüququ qazandıq. UEFA-nın monopoliyasına son qoyuldu. Futbol azaddır!

Bütün oyunları ödənişsiz yayımlayacağıq. Turnirin bütün iştirakçılarına gəlir və həmrəylik ödənişlərinə zəmanət veriləcək”, – “Mundo Deportivo” Rayxartın sözlərini sitat gətirir.

Xatırladaq ki, 2021-ci ilin aprelində Avropanın 12 klubu Super Liqanın yaradıldığını elan etmişdi. Həmin ilin mayında Super Liqa UEFA və FIFA-nı rəqabət qanunlarını pozmaqda ittiham etmişdi. Ardınca futbol qurumlarının təzyiqindən sonra 10 klub layihədə iştirakdan imtina edib.

Hazırda Super Liqada yalnız “Real” və “Barselona” komandaları yer alır. İndi İspaniya komandaları Super Liqanın təsis edilib oynanılacağı halda, Çempionlar Liqası, Avropa turnirləri və ya FIFA yarışlarından kənarlaşdırıla bilməzlər.

Xəbəri sosial şəbəkələrdə paylaş: