La Liqa: “Jirona” xal itirdi, “Real” fürsəti əldən vermədi

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 18-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.

“Kadis” – “Real Sosyedad” matçında qapılara qol vurulmayıb. “Betis” – “Jirona” matçında isə tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Beləcə, “Jirona” 3 turdan sonra vacib xal itkisi ilə üzləşib. Bu, sözügedən komandaya liderliyi itirmək bahasına başa gəlib. Belə ki, səfərdə “Alaves”lə qarşılaşan “Real” əsas vaxta əlavə olunmuş təzminat dəqiqələrində vurduğu yeganə qol sayəsində qalib gəlib və zirvəyə yüksəlib.

Beş qolun qeydə alındığı “Malyorka” – “Osasuna” matçında da meydan sahibləri qələbə qazanıblar.

Beləliklə, bu nəticələrdən sonra “Real” və “Jirona”nın 45 xalı var. “Barselona” 38 xalla üçüncü pillədə qərarlaşıb. “Atletiko” və “Atletik” 34, “Real Sosyedad” 31, “Betis” 28, “Xetafe” 26 xal toplayıb.

İspaniya, La Liqa
18-ci tur
19 dekabr

Rayo Valyekano – Valensiya 0:1
Qol: Kanos, 61.

Qranada – Sevilya 0:3
Qollar: Pedrosa, 23. Okampos, 32. S.Ramos, 49.

Atletiko – Xetafe 3:3
Qollar: Qrizman, 44; 69. Morata, 63 – Mayoral, 53; 90+3. O.Rodriqes, 86.

20 dekabr

Barselona – Almeriya 3:2
Qollar: Rafinya, 33. S.Roberto, 60; 83 – Leo Baptistao, 41. E.Qonsales, 71.

Atletik – Las Palmas 1:0
Qol: U.Qomes, 90+4.

Vilyarreal – Selta 3:2
Qollar: Pedrasa, 13. Mandi, 30. Parexo, 48-pen – Duvikas, 52. Larsen, 57.

21 dekabr

Betis – Jirona 1:1
Qollar: Petsella, 88 – Dovbik, 39-pen.

Kadis – Real Sosyedad 0:0

Alaves – Real 0:1
Qol: Lukas, 90+2.

Malyorka – Osasuna 3:2
Qollar: Nastasiç, 12. D.Rodriqes, 53. Raillo, 62 – P.İbanes, 7. Raul, 90+1.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: