“Jirona” “Mançester Siti”yə görə ÇL-də oynaya bilməyəcək

Mövcud UEFA qaydalarına əsasən, “Jirona” təsnifat mərhələsini keçsə belə, UEFA Çempionlar Liqasında oynaya bilməyəcək.

Arena.az bu barədə “Curiosidades” dərgisinə istinadən məlumat verir.

Belə ki, sözügedən klub turnirin digər komandası olan “Mançester Siti” ilə eyni – “City Football Group” holdinqinə aiddir. Belədə, Kataloniya təmsilçisi vəsiqə qazansa belə, növbəti mövsümdə UEFA Çempionlar Liqasında oynaya bilməyəcək.

Qeyd edək ki, “Jirona” hazırda La Liqanın turnir cədvəlində “Real”la şərikli liderdir.

“City Football Group” bütün dünyada 12 kluba sahibdir. Bunlara “Mançester Siti” (İngiltərə), “Jirona” (İspaniya), “Lommel” (Belçika), “Nyu-York Siti” (ABŞ), “Palermo” (İtaliya), “Melburn Siti” (Avstraliya), “Yokohama F. Marinos” (Yaponiya), “Montevideo Siti” (Uruqvay), “Trua” (Fransa), “Sıçuan Tszyunyu” (Çin), “Mumbai Siti” (Hindistan) və “Baiya” (Braziliya) aiddir. Bundan əlavə, Boliviyanın “Bolivar” futbol klubu “City Football Group”un tərəfdaşıdır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: