Bernd Rayxart: “Super Liqa yalnız Avropa klubları üçündür”

Avropa Super Liqasını təsisçisi “A22 Sports”un baş direktoru Bernd Rayxart Super Liqada yalnız Avropa komandalarının oynayacağını bildirib.

Arena.az məlumat verir ki, Rayxart bu barədə jurnalist İbay Lyanosun “Twitch” şəbəkəsində yayımı zamanı müsahibəsində danışıb:

“Super Liqada heç bir klub üçün imtiyaz olmayacaq. Biz başa düşürük ki, bəziləri gəlir təmin edilənə qədər qoşulmaqdan çəkinirlər. Bu, Avropa və avropayönümlü bir layihədir. Sərmayəçilərimiz avropalılar və amerikalılardır. Səudiyyə Ərəbistanı klubları turnirdə oynamayacaqlar”, – deyə Rayxart bildirib.

Xatırladaq ki, daha əvvəl Bernd Rayxart bildirmişdi ki, Super Liqaya qatılmaqla maddi büdcəsi cüzi olan klublar öz büdcəsini 3 dəfə artıra biləcəklər. Amma eyni zamanda, layihə direktoru turnirin ciddi maliyyə feyr-pley qaydalarına tabe olacağını da vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: