La Liqa: “Atletiko” təxirə salınmış matçda “Sevilya”ya qalib gəldi

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 4-cü turundan təxirə salınmış bir oyun keçirilib.

Arena.az xəbər verir ki, günün yeganə matçında Madrid “Atletiko”su doğma meydanda “Sevilya” ilə qarşılaşıb.

Paytaxt klubu bu oyunda minimal hesabla qələbə qazanıb. Nəticədə xallarının sayını 38-ə çatdıran “Atletiko” 3-cü pilləyə yüksəlib və eyni xala malik olduğu “Barselona”nı qabaqlayıb. Zirvədə qərarlaşmış “Real”la “Jirona”nın isə 45 xalı var. Uğursuz mövsüm keçirən “Sevilya”ya gəlincə, bu komanda 16 xalla 15-ci sırada qərarlaşıb.

İspaniya, La Liqa
4-cü turun oyunu
23 dekabr

Atletiko (Madrid) – Sevilya 1:0
Qol: Lyorente, 46.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: