20 yaşadək qızlardan ibarət Azərbaycan millisi (U-20) Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək.
Arena.az xəbər verir ki, 3-7 yanvar aralığında Litvanın Şaulyay şəhərində keçiriləcək yarışda ümumilikdə 6 ölkənin yığma komandası mübarizə aparacaq.
Azərbaycan millisi bu turnirdə Latviya, Ukrayna, Litva, Estoniya və Polşa kollektivləri ilə üz-üzə gələcək. Artıq komandamızın bu rəqiblərlə oyunlarının təqvimi də müəyyənləşib. Millimiz ilk oyununu yanvarın 3-də Estoniyaya qarşı keçirəcək. Son matç isə ayın 7-də Polşaya qarşı olacaq.
AÇ-2024-ə seçmə xarakteri daşıyan turnirin reqlamentinə əsasən, birinci yeri tutacaq komanda birbaşa qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.
Millimizin oyunlarının təqvimini təqdim edirik:
3 yanvar
14:00. Azərbaycan – Estoniya
4 yanvar
14:00. Azərbaycan – Latviya
5 yanvar
16:30. Azərbaycan – Ukrayna
6 yanvar
19:00. Azərbaycan – Litva
7 yanvar
16:30. Azərbaycan – Polşa


