Roman Abramoviç ofisianta inanılmaz məbləğdə “çaypulu” qoydu

“Çelsi”nin keçmiş sahibi, rusiyalı milyarder Roman Abramoviç Türkiyənin elit restoranlarından birinə baş çəkib.

Arena.az “Son Dakika” dərgisinə istinadən məlumat verir ki, Abramoviç burada yerli ofisiantlara inanılmaz məbləğdə sərvət – “çaypulu” buraxıb.

Mənbənin məlumatına görə, Roman Abramoviç 85 min türk lirəsi (2,9 min dollar) məbləğində hesab müqabilində ofisianta 175 min lirə (5,9 min dollar) məbləğində bəxşiş qoyub. Vurğulanır ki, Abramoviçin dostları ilə baş çəkdiyi restoranda onu “kral kimi qarşılayıblar”. Aşpaz şəxsən bu məclis əhli üçün üçün dadlı təamlar hazırlayıb. Abramoviç ənənəvi türk təamlarından dadıb.

Ruslar restoranda uzun müddət söhbətləşiblər. Xidmətdən və təamlardan məmnun qalmış Abramoviç, ümumilikdə 260 min lirə (8,9 min dollar) pul buraxaraq, müəssisə əməkdaşlarına təşəkkür edib və silahlı mühafizəçilərinin müşayiəti ilə görüş yerini tərk edib.

Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayandan sonra Roman Abramoviçə qarşı sanksiyalar tətbiq edilmişdi. Rusiyalı milyarder sahib olduğu “Çelsi”ni satmağa məcbur olmuşdu. Sonra Abramoviç bununla bağlı məhkəməyə müraciət etmək qərarına gəlib, amma milyarderin vəsatəti təmin edilməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: