Alman azarkeşlərə yardım təşkilatı yeni polis qanununu qınadı

Almaniyada azarkeşlərə dəstək verən idarə heyətinin üzvü Linda Rettig yeni polis qanununu tənqidlə çıxış edib.

Arena.az “Faszination” dərgisinə istinadən Rettigin bu xüsusda çıxışımı təqdim edir:

“Daha çox dronlar, şəxsiyyət yoxlamaları, yaşayış qadağaları, hesabat tələbləri və telefon dinləmələri polis və azarkeşlər arasında gərginliyin azalmasına səbəb olmayacaq. Qanunda bu yeni tədbirlərin azarkeşlərə qarşı tətbiq edilməsinə açıq şəkildə haqq qazandırılması gələcək üçün yaxşı heç nə vəd etmir.

Polisi isə müasirləşdirmək yox, tərksilah etmək lazımdır. Su şırnaqları, maneələr və hətta bədən zirehləri artıq üçüncü divizion futbol oyunlarında belə standart polis repertuarının bir hissəsidir.
Biz Almaniya Bundestaqının üzvlərini qanun layihəsinə əhəmiyyətli düzəlişlər etməyə çağırırıq”, deyə Rettig çıxışını çağırışla bitirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: