U-20: Azərbaycan millisi ilk oyunda Estoniyaya uduzdu

20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi (U-20) bu gün Litvanın Şaulyay şəhərində Estoniya yığması ilə qarşılaşıb.

Arena.az xəbər verir ki, komandamız Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatı çərçivəsində baş tutan ilk görüşdən məğlubiyyətlə ayrılıb.

U-20 millimiz bu oyunda quru hesabla uduzub – 0:3 (10:25, 15:25, 22:25).

Şahin Çatmanın rəhbərlik etdiyi Azərbaycan millisi növbəti günlərdə Latviya, Ukrayna, Litva və Polşa ilə də görüşəcək. Millimiz növbəti oyununda sabah Latviya yığması ilə qarşılaşacaq.

Baş məşqçi Şahin Çatma yığmamıza 14 idmançı cəlb edib. U-18 millimiz Litvaya bu heyətlə yollanıb:

Oyunçular: Lamiyə Məmmədova, Fatimə Hüseynova, Ariadna Neçay, Xanım Cəlilova, Aişə Alismanova, Fizzə Qocayeva, Məleykə Məmmədova, Arzu Allahverdiyeva, Nəzrin Kərimli, Nəzrin Əhmədli, Sona Atayeva, Ülkər Allahverdiyeva, Fəridə İbrahimova, Vlada, Kavtunova.
Baş məşqçi – Şahin Çatma.
Köməkçi məşqçilər – Səbinə Yarməmmədova, Murat Tanrıverdi, Kadir Çevik.
Menecer– Yelena Parxomenko.
Həkim – Sevinc Nəcəfova.

Qeyd edək ki, 2024-cü ildə keçiriləcək Avropa çempionatına (AÇ-2024) seçmə xarakteri daşıyan yarışın reqlamentinə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək. Turnir yanvarın 7-nə qədər davam edəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: