Almaniya çempionu “Bayern”in mərkəz müdafiəçisi Kim Min Jae Cənubi Koreyada 2023-cü ilin ən yaxşı futbolçusu seçilib.
Arena.az xəbər verir ki, bu barədə Cənubi Koreya Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.
27 yaşlı futbolçu səsvermədə daha əvvəl bu mükafatı ardıcıl 4 dəfə qazanmış “Tottenhem”in hücumçusu Son Hın Mini qabaqlayıb.
Xatırladaq ki, 2023-cü ildə Kim Min Jae “Napoli” ilə İtaliya çempionatının qalibi olub. O, ötən mövsüm bitəndən sonra Neapol təmsilçisindən 50 milyon avro qarşılığında “Bayern”ə keçib. Müdafiəçi Münhen klubunda cari mövsümdə 22 oyuna çıxıb, 1 qola imza atıb.
Futbol üzrə Cənubi Koreya yığmasının və İtaliyanın “Napoli” klubunun mərkəz müdafiəçisi Kim Min Jae Almaniya çempionu “Bayern”ə keçib.
Kim daha öncə “Fənərbaxça” (40 oyun, 1 qol), “Jeonbuk” (60 oyun, 3 qol, 1 assist), “Beijing Guoan” (59 oyun) kimi klublarda da forma geyinib. Müdafiəçi Cənubi Koreya yığmasında 55 oyuna 4 qol vurub.


