“Roma” və “Atalanta” da İtaliya Kubokunda mərhələ adladılar

Bu gün futbol üzrə İtaliya Kubokunda 2023/2024 mövsümünün 1/8 final mərhələsinin növbəti oyunları baş tutub.

Arena.az xəbər verir ki, günün ilk matçı “Atalanta” ilə “Sassuolo” arasında baş tutub.

Dörd qolun qeydə alındığı bu matç Berqamo təmsilçisinin inamlı qələbəsiylə yekunlaşıb. Nəticədə “Atalanta” növbəti mərhələyə vəsiqə əldə edib.

Günün digər matçında “Roma” “Kremoneze”ni qəbul edib. Paytaxt təmsilçisi yekunda əzmkar qələbə sayəsində kubok mübarizəsini davam etdirib.

Xatırladaq ki, daha öncə “Latsio”, “Fiorentina”, “Frozinone”, “Bolonya” və “Milan” da 1/4 finala vəsiqə qazanmışdılar.

İtaliya Kubokunda 1/8 final mərhələsinə sabah baş tutacaq “Yuventus” – “Salernitana” matçı ilə yekun vurulacaq.

İtaliya Kuboku
1/8 final
5 dekabr

Latsio – Cenoa 1:0

6 dekabr

Fiorentina – Parma 2:2 (penaltilər 4:1)

19 dekabr

Napoli – Frozinone 0:4

20 dekabr

İnter – Bolonya 1:2

2 yanvar

Milan – Kalyari 4:1

3 yanvar

Atalanta – Sassuolo 3:1
Qollar: De Ketelare, 24; 64. Mirançuk, 71 – Boloka, 90+5.

Roma – Kremoneze 2:1
Qollar: Lukaku, 77. Dibala, 85-pen – Tsadyu, 37.

4 yanvar

00:00. Yuventus – Salernitana

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: