Zak Steffen “Mançester Siti”ni ABŞ klubuna dəyişdi

İngiltərənin “Mançester Siti” klubunun qapıçısı Zak Steffen Premyer Liqa təmsilçisindən ayrılaraq vətəni Amerika Birləşmiş Ştatlarına qayıdıb.

Arena.az xəbər verir ki, 28 yaşlı qolkiper MLS təmsilçisi “Kolorado Rapids”ə keçib.

Bu barədə ABŞ klubunun mətbuat xidməti məlumat yayıb. Amerikalı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb. “Kolorado Rapids”in bu transfer üçün “Mançester Siti”yə təzminat ödəyib-ödəmədiyi açıqlanmır.

Xatırladaq ki, Zak Steffen 2019-cu ilin yayından “Mançester Siti”də çıxış edirdi. O, “şəhərlilər”in heyətində bütövlükdə 21 oyuna çıxıb, 16 qol buraxıb, 8 “quru” oyun keçirib.

Steffen karyerası ərzində “Frayburq”, “Kolumbus Kryu”, “Pittsburq”, “Midlsbro”, “Fortuna” (Düsseldorf) kimi komandalarda da oynayıb. O, ABŞ yığma komandasında da 29 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: