Şahruddin “Başakşəhər”ə qarşı 90 dəqiqə oynadı – Video

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Dəmirspor” komandasında növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, Adana təmsilçisi bu gün 19-cu tur çərçivəsində səfərdə “Başakşəhər”lə qarşılaşıb.

Bu qarşılaşmada qapılara qol vurulmayıb – 0:0. Məhəmmədəliyev bu görüşə start heyətdə çıxıb və sonadək oynayıb. Meydan sahibləri iki dəfə Şahruddinin qapısına yol tapsalar da, VAR-a baxıldıqdan sonra qollar ləğv olunub. Onlardan birində millimizin qapıçısının kobud səhvə yol verərək topu rəqib futbolçuya “hədiyyə” etməsi xüsusilə diqqət çəkən olub.

“Adana Dəmirspor” bu heç-heçədən sonra 28 xalla 20 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb. “Başakşəhər” isə 20 xalla 13-cüdür.

Xatırladaq ki, Şahruddin Məhəmmədəliyev bu yay “Qarabağ”dan keçdiyi Türkiyə klubu ilə 2 illik müqavilə bağlayıb. O, “Adana Dəmirspor”da cəmi 6 matç keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: