Yüksək Liqa: 2024-cü ilin ilk oyunları yanvarın 9-da baş tutacaq

Voleybol üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün 8-ci turunun oyunlarının vaxtı müəyyənləşib.

Arena.az xəbər verir ki, 2024-cü ilə təsadüf edəcək ilk qarşılaşmalar yanvarın 9-da keçiriləcək.

Həmin gün qadın voleybolçuların Yüksək Liqasında ikinci dövrə (8-ci tur) çərçivəsində iki oyun keçiriləcək. Günün ilk qarşılaşması saat 15:00-da “Abşeron” və “Milli Aviasiya Akademiyası” komandaları arasında olacaq. Ardınca saat 17:00-da “Murov” komandası “Azərreyl”lə üz-üzə gələcək. Hər iki oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.

Yüksək Liqa (qadınlar)
8-ci tur
9 yanvar

15:00. “Abşeron” – “Milli Aviasiya Akademiyası”
17:00. “Murov” – “Azərreyl”

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: