Azərbaycan millisi Polşaya 14 voleybolçu ilə yollandı

20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edəcək.

Arena.az xəbər verir ki, U-20 yığmamız artıq sözügedən yarış üçün Polşanın Qojuv-Velkopolski şəhərinə yola düşüb.

Baş məşqçi Səbuhi Əliyevin rəhbərlik etdiyi komanda bu turnirdə Latviya, Ukrayna, Estoniya və ev sahibi Polşa kollektivləri ilə üz-üzə gələcək. Yığmamız ilk matçını yanvarın 11-də Estoniyaya qarşı keçirəcək.

Azərbaycan millisi Polşaya bu heyətlə yollanıb:

Oyunçular: Camal Cəlilov, Rəvan Qəhrəmanlı, Camal Quliyev, Oqtay Qasımov, Rəvan Hüseynli, Əziz İsmayılzadə, Nihad Qasımov, Ramiz Bağırov, Səid Əhmədov, Natiq Nəbiyev, Həsən Xəlilov, Kamil Hüseynli, Riyad Həsənov, Zay Hacıyev.
Baş məşqçi: Səbuhi Əliyev.
Məşqçi: Dilqəm Qəhrəmanov.
Menecer: Səbinə Babayeva.
Həkim: Sevinc Nəcəfova.

Xatırladaq ki, 10-14 yanvar tarixlərində baş tutacaq yarış AÇ-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: