Futzal: Azərbaycan kubokunun püşkü yanvarın 17-də atılacaq

Yanvarın 17-də futzal üzrə Azərbaycan Kubokunun 2023/2024 mövsümünün püşkatma (“kor püşk”) mərasimi təşkil olunacaq.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Bakı İdman Sarayında baş tutacaq püşkatma mərasiminə saat 12:00-da start veriləcək.

Qeyd edək ki, 1/8 final mərhələsində 16 komanda – “Araz-Naxçıvan”, “Neftçi” İK, “Baku Fire”, “Record”, “Yasamal Bakı”, U-19, “Bakı”, “Baku Fire-2”, PFL, “Xan-Lənkəran”, “STAR kargo”, “Dalğa”, “Timsport”, “Trabzon Azərbaycan”, “Dəstə Ordubad”, “Metropoliten” iştirak edəcək.

Azərbaycan Kubokunun 1/8 final mərhələsini oyunları fevralın 10-da və 11-də keçiriləcək. Mərhələ bir görüşdən ibarət olacaq və qalib gələnlər 1/4 finala yüksələcəklər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: