Kişi voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2024-cü ilin ilk qarşılaşmaları sabah keçiriləcək.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, yanvarın 11-də kişi voleybolçuların Yüksək Liqasında 8-ci tur çərçivəsində iki oyun baş tutacaq.
Günün ilk qarşılaşması “Murov”un idman zalında təşkil olunacaq. “Neftçi” və MOİK komandaları arasında keçiriləcək oyuna saat 16:00-da start veriləcək.
Turun növbəti qarşılaşmasında isə “Murov” komandası “Azərreyl”lə üz-üzə gələcək. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək bu görüşə saat 18:00-da start veriləcək.
Yüksək Liqa
8-ci tur
11 yanvar
16:00. “Neftçi” – MOİK
18:00. “Murov” – “Azərreyl”


