U-20: Azərbaycan millisi ilk oyunda Estoniyaya məğlub oldu

20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi (U-20) bu gün Polşada Estoniya yığması ilə qarşılaşıb.

Arena.az xəbər verir ki, Səbuhi Əliyevin baş məşqçisi olduğu komandamız Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatının ilk turu çərçivəsində üz-üzə gəldiyi bu rəqibinə məğlub olub.

Qojuv-Velkopolski şəhərində baş tutan oyunda U-20 yığmamız “quru” hesabla uduzub – 0:3 (17:25, 11:25, 22:25).

Millimiz qarşıdakı günlərdə Latviya, Ukrayna və Polşa kollektivləri ilə də görüşəcək.

Xatırladaq ki, Azərbaycan millisi Polşaya bu heyətlə yollanıb:

Oyunçular: Camal Cəlilov, Rəvan Qəhrəmanlı, Camal Quliyev, Oqtay Qasımov, Rəvan Hüseynli, Əziz İsmayılzadə, Nihad Qasımov, Ramiz Bağırov, Səid Əhmədov, Natiq Nəbiyev, Həsən Xəlilov, Kamil Hüseynli, Riyad Həsənov, Zay Hacıyev.
Baş məşqçi: Səbuhi Əliyev.
Məşqçi: Dilqəm Qəhrəmanov.
Menecer: Səbinə Babayeva.
Həkim: Sevinc Nəcəfova.

Yanvarın 14-də başa çatacaq yarış AÇ-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: