Qadın voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 8-ci turun son oyununun vaxtı müəyyənləşib.
Arena.az xəbər verir ki, turun son oyununda “Gəncə” və UNEC komandaları üz-üzə gələcəklər.
Gəncəlilər yanvarın 13-də hesabında xal olmayan rəqibini Tovuz Olimpiya İdman Kompleksində qəbul edəcəklər. Qarşılaşma saat 16:00-da başlayacaq.
Xatırladaq ki, turun əvvəlki matçlarında “Milli Aviasiya Akademiyası” “Abşeron”a (3:0), “Murov” isə “Azərreyl”ə (3:2) qalib gəlib.
Hazırda “Azərreyl” 19 xalla turnir cədvəlinə başçılıq edir. “Abşeron” 18 xalla ikinci, “Murov” 17 xalla 3-cü, “Gəncə” 9 xalla 4-cü, “Milli Aviasiya Akademiyası” 6 xalla 5-ci pillədədirlər. Sonuncu yerdə qərarlaşan UNEC-in hesabında xal yoxdur.
Yüksək Liqa
8-ci tur
13 yanvar
16:00 “Gəncə” – UNEC


