Futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün 1/4 final mərhələsinin ilk oyunlarının təqvimi müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
İki günü əhatə edəcək mərhələnin bütün görüşlərinin canlı yayımlanacağı diqqətə çatdırılıb.
Azərbaycan Kubokunda 1/4 finalın ilk qarşılaşmaları yanvarın 30-31-də keçiriləcək. Həmin oyunların proqramı belə olacaq:
Azərbaycan Kuboku
1/4 final
30 yanvar
“Səbail” – “Zirə”
“Bayıl Arena”, 15:00.
“Sabah” – “Qarabağ”
“Masazır Arena”, 19:00.
31 yanvar
“Araz-Naxçıvan” – “Qəbələ”
Mərdəkan. “Dalğa Arena”, 16:00.
“Sumqayıt” – “Neftçi”
“Sumqayıt Arena”, 19:00.


