20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi (U-20) bu gün Polşada Latviya yığması ilə qarşılaşıb.
Arena.az xəbər verir ki, komandamız Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatının 3-cü turu çərçivəsində üz-üzə gəldiyi bu rəqibinə məğlub olub.
Qojuv-Velkopolski şəhərində baş tutan oyunda U-20 yığmamız “quru” hesabla uduzub – 0:3 (21:25, 14:25, 12:25).
Səbuhi Əliyevin baş məşqçisi olduğu komandamız ilk turda Estoniyaya, ardından Ukraynaya da da oxşar hesabla uduzmuşdu. Millimiz son oyununda meydan sahibi Polşa kollektivi ilə görüşəcək.
Xatırladaq ki, Azərbaycan millisi Polşaya bu heyətlə yollanıb:
Oyunçular: Camal Cəlilov, Rəvan Qəhrəmanlı, Camal Quliyev, Oqtay Qasımov, Rəvan Hüseynli, Əziz İsmayılzadə, Nihad Qasımov, Ramiz Bağırov, Səid Əhmədov, Natiq Nəbiyev, Həsən Xəlilov, Kamil Hüseynli, Riyad Həsənov, Zay Hacıyev.
Baş məşqçi: Səbuhi Əliyev.
Məşqçi: Dilqəm Qəhrəmanov.
Menecer: Səbinə Babayeva.
Həkim: Sevinc Nəcəfova.
Yanvarın 14-də başa çatacaq yarış AÇ-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.


