Luis de la Fuente ilə müqavilənin yeniləndiyi təsdiqləndi

İspaniya yığmasının idman direktoru Albert Luke komandanın baş məşqçisi Luis de la Fuente ilə müqavilənin yeniləndiyini açıqlayıb.

Arena.az AS dərgisinə istinadən məlumat verir ki, Luke baş məşqçi ilə müqavilə müddətinin 2026-cı il dünya çempionatının sonuna qədər uzadıldığını açıqlayıb:

“Son vaxtlar Luis de la Fuentenin milli komanda ilə müqaviləsi ilə bağlı çoxlu söz-söhbətlər gəzir. İndi mən rəsmi olaraq elan edə bilərəm ki, Luislə müqaviləni 2026-cı il dünya çempionatının sonuna qədər uzatmışıq. Biz onun işindən məmnunuq, onunla işləmək isə asandır. Sonda o, sadəcə olaraq buna layiq idi”, deyə İspaniya yığmasının idman direktoru bildirib.

Luis de la Fuente İspaniya yığmasını 2023-cü il yanvarın 1-dən çalışdırır.

Xatırladaq ki, ispamn mütəxəssis yığmanın tərəqqisinə nail ola bilib. 2023-cü ildə İspaniya yığması UEFA Millətlər Liqasının finalında Xorvatiya yığmasını penaltilər silsiləsində məğlub edərək (əsas vaxt – 0:0, penaltilərlə – 5:4) yarışın qalibi olmuşdu. Həmçinin İspaniya yığması Avropa çempionatının seçmə mərhələsində “A” qrupunda 1-ci yeri tutaraq, yarışın final mərhələsinə vəsiqə qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: