Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 20-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə iki qarşılaşma baş tutub.
“Almeriya” – “Jirona” matçında qapılara qol vurulmayıb. Bu xal itkisinə baxmayaraq, “Jirona” vahid liderə çevrilib.
Səfərdə “Kadis”lə üz-üzə gələn “Valensiya” isə darmadağına sevinib.
20-ci turun üç oyunu da təxirə salınıb. Belə ki, “Barselona” – “Osasuna”, “Atletiko” – “Rayo Valyekano” və “Xetafe” – “Real” görüşləri bu klubların İspaniya Super Kubokundakı iştirakı ilə əlaqədar yanvarın sonu – fevralın əvvəli baş tutacaq.
Beləliklə, hazırda 20 oyuna 49 xal toplamış “Jirona” vahid liderdir. Bir oyun az keçirmiş “Real” 48 xalla ikinci pillədə qərarlaşıb. “Atletik” və bir oyun az keçirmiş “Barselona”nın 41 xalı var. Madrid “Atletiko”su 38, “Real Sosyedad” 32, “Betis” 31, “Valensiya” 29, “Las Palmas” 28, “Xetafe” 26, “Rayo Valyekano” 23, “Osasuna” 22, “Alaves” 20 xal toplayıb.
İspaniya, La Liqa
20-ci tur
12 yanvar
Sevilya – Alaves 2:3
Qollar: Mir, 70. Okampos, 82-pen – Tenalya, 26. K.Qarsiya, 40. Duarte, 90.
13 yanvar
Las Palmas – Vilyarreal 3:0
Qollar: K.Rodriqes, 8; 63. Hersoq, 51.
Malyorka – Selta 1:1
Qol: Larin, 43 – Aspas, 10.
Atletik – Real Sosyedad 2:1
Qollar: Berenqur, 30; 42 – Oyarzabal, 88.
Betis – Qranada 1:0
Qol: İsko, 76.
14 yanvar
Almeriya – Jirona 0:0
Kadis – Valensiya 1:4
Qollar: Alkaras, 21-pen – Duro, 8. D.Lopes, 52. Querra, 90+4. Vaskes, 90+8.


