Yüksək Liqa: 9-cu turun oyunları Gəncə və Bakıda keçiriləcək

Qadın voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün 9-cu turunun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, ölkə çempionatında növbəti oyunlar yanvarın 16-da keçiriləcək.

9-cu turun qarşılaşmaları Bakı və Gəncə şəhərlərində baş tutacaq.
Ev oyunlarını Gəncə Olimpiya İdman Kompleksində keçirən “Gəncə” klubunun bu dəfəki qonağı “Abşeron” olacaq. Oyun saat 15:00-da başlayacaq.

Həmin gün Bakıda UNEC öz idman zalında “Murov” komandasını, “Azərreyl” isə Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Milli Aviasiya Akademiyası”nı qəbul edəcək. Hər iki görüş saat 18:00-da başlayacaq.

Yüksək Liqa
9-cu tur
16 yanvar

15:00. “Gəncə” – “Abşeron”
18:00. UNEC – “Murov”
18:00. “Azərreyl” – “Milli Aviasiya Akademiyası”

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: