VAR sistemi FIFA ilə məhkəmə çəkişməsinə görə dayandırıla bilər

Madrid sakini Fransisko Lopes VAR sisteminə görə FIFA və İspaniya Kral Futbol Federasiyasını (RFEF) məhkəməyə verib.

Arena.az AS dərgisinə istinadən, Fransisko Lopesin bu barədə fikirlərini təqdim edir:

“VAR sistemi “XXI əsrin futbolu” adlı bir layihə idi, hər şeyi bütövlükdə qeyd edirdi. İndi etdikləri yeganə şey ona başqa bir ad verməkdir. İnkişaf mənim layihəm əsasında hazırlanmışdır. Mən onu 1999-cu ildə Baş Əqli Mülkiyyət Reyestrində qeydiyyata almışam və onun sonrakı genişləndirilməsi 2006-cı ildə qeydə alınıb.

İlk dəfə FIFA-ya 1999-cu ildə, sonra isə 2007-ci ilə qədər hər il göndərmişəm. Uzun müddətdir ki, mən Vilların FIFA-dakı sağ əli və FIFA hakimlərinin rəhbərlərindən biri olan keçmiş hakim Xose Mariya Qarsiya Aranda ilə daimi əlaqə saxlamışam”, deyə Lopes bildirib.

Bu gün, yanvarın 16-da Madrid məhkəməsi futbolda VAR-dan istifadənin hələlik dayandırılmasının gərək olub-olmaması barədə məhkəmə iclasında qərar verəcək. Eyni zamanda Lopes təşkilatlardan 300 milyon avro məbləğ tələb edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: