Futzal: Azərbaycan kubokunun püşkü atıldı

Bu gün Bakı İdman Sarayında futzal üzrə Azərbaycan Kubokunun 2023/2024 mövsümünün 1/8 final mərhələsinin püşkü atılıb.

Arena.az xəbər verir ki, Yüksək Liqanın 6, Birinci Liqanın 10 komandasının mübarizə aparacağı yarışda qalib komanda bir oyunda müəyyənləşəcək.

Əsas vaxt heç-heçə başa çatarsa, komandalar hər biri 5 dəqiqədən ibarət iki hissədə oyunu davam etdirəcək. Bu dəfə də üstünlük əldə olunmasa, penaltilər seriyasına yer veriləcək. Hər komanda 5 penalti vurmaq imkanı qazanacaq.

Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunları fevralın 10-da və 11-də, final oyunu isə mayın 7-də keçiriləcək.

Azərbaycan Kuboku
1/8 final

Baku Fire – Dalğa
Araz-Naxçıvan – Record
PFL – Metropoliten
Neftçi İK – Timsport
STAR kargo – Yasamal Bakı
Trabzon Azərbaycan – Bakı
Xan-Lənkəran – Baku Fire-2
Dəstə Ordubad – U-19

1/4 final

Baku Fire/Dalğa – Dəstə Ordubad/U-19
Araz-Naxçıvan/Record – Xan-Lənkəran/Baku Fire-2
PFL/Metropoliten – Trabzon Azərbaycan/Bakı
Neftçi İK/Timsport – STAR kargo/Yasamal Bakı

Yarımfinal

Baku Fire/Dalğa // Dəstə Ordubad/U-19 – Neftçi İK/Timsport // STAR kargo/Yasamal Bakı

Araz-Naxçıvan/Record // Xan-Lənkəran/Baku Fire-2 – PFL/Metropoliten // Trabzon Azərbaycan/Bakı

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: