Ulisses Qarsiya Marsel “Olimpik”ində – Rəsmi

Futbol üzrə İsveçrə millisinin və “Yanq Boyz”un sol cinah müdafiəçisi Ulisses Qarsiya bundan sonra Marsel “Olimpik”ində forma geyinəcək.

Arena.az xəbər verir ki, bu barədə Fransa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Marsel təmsilçisi 28 yaşlı isveçrəli futbolçunun transferi üçün 4 milyon avro ödəyib. Tərəflər arasında imzalanmış müqaviləyə əsasən, müdafiəçi 2028-ci il iyunun 30-na qədər Fransa klubuna məxsus olacaq. O, yeni komandasında 6 nömrəli formanı geyinəcək.

Xatırladaq ki, Ulisses Qarsiya 2018-ci ilin iyul ayından “Yanq Boyz”da çıxış edirdi. O, bu komandanın heyətində meydana çıxdığı 195 oyunda 12 qol vurub, 40 məhsuldar ötürmə müəllifi olub. Müdafiəçi əvvəllər İsveçrədə “Qrasshopper”, Almaniyada “Verder” və “Nürnberq” klublarında da çıxış edib.

Qarsiya 2021-ci ilin sentyabr ayında debüt etdiyi İsveçrə milli komandasında 7 oyuna çıxıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: