Yüksək Liqa: 9-cu tura MOİK – “Azərreyl” matçı ilə start verilir

Sabah kişi voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün növbəti oyunu keçiriləcək.

Arena.az xəbər verir ki, yanvarın 18-də 9-cu tur çərçivəsində MOİK və “Azərreyl” komandaları üz-üzə gələcəklər.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq oyuna saat 16:00-da start veriləcək.

Yüksək Liqa
9-cu tur
18 yanvar

16:00. MOİK – “Azərreyl”

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: