Yüksək Liqa: “Azərreyl”dən autsayder üzərində asan qələbə

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün 9-cu turunun bir oyunu keçirilib.

Arena.az xəbər verir ki, günün yeganə oyunu Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində MOİK və “Azərreyl” komandaları arasında baş tutub.

Görüş “Azərreyl”in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, turnir cədvəlinə liderlik edən “Azərreyl” xallarının sayını 18-ə (6 qələbə) çatdırıb. “Murov”un 15 (6 qələbə), “Xarı Bülbül”ün (Şuşa) 16 (5 qələbə), “Neftçi”nin 13 (4 qələbə), “Xarı Bülbül”ün (Laçın) 4 xalı (1 qələbə) var. Sonuncu olan MOİK-in isə qələbəsi və xalı yoxdur.

Qeyd edək ki, Azərbaycan çempionatının turnir cədvəlində yerlər komandaların qələbə sayına görə müəyyənləşir. Qələbə sayı bərabər olduqda xallar, xallarda bərabərlik olarsa, setlərin, topların nisbəti, burada da bərabərlik olarsa, komandaların şəxsi oyunları nəzərə alınır.

Yüksək Liqa
9-cu tur
18 yanvar

MOİK – “Azərreyl” 0:3 (10:25, 11:25, 22:25)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: