Azərbaycan Premyer Liqası dünya reytinqində irəlilədi

Futbol üzrə Azərbaycan Premyer Liqası 2023-cü ilin yekunlarına əsasən, dünya reytinqində bir pillə irəliləyib.

Arena.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünyanın ən yaxşı yüksək liqalarını açıqlayıb.

IFFHS-nin rəsmi saytında dərc olunmuş siyahıda Azərbaycan Premyer Liqası da yer alıb. Ölkə çemponatı 2023-cü ilin yekunlarına əsasən, 429,75 xalla 40-cı olub. Premyer Liqamız 2022-ci illə müqayisədə bir pillə irəliləyib.

İtaliya A Seriyası 1619,5 xalla siyahıya başçılıq edir. İngiltərə Premyer Liqası 1567 xalla ikinci, İspaniya La Liqası 1447 xalla üçüncü sıradadır.

Sonda IFFHS-in dünya reytinqinin ilk 50 pilləsində qərarlaşmış milli çempionatların siyahısını təqdim edirik:

  1. İtaliya – 1619,5
  2. İngiltərə – 1567
  3. İspaniya – 1447
  4. Braziliya – 1290,5
  5. Almaniya – 1282,75
  6. Fransa – 1143,25
  7. Portuqaliya – 1097
  8. Niderland – 1049,75
  9. Belçika – 1004,75
  10. Argentina – 966,5
  11. Kolumbiya – 877,5
  12. Türkiyə – 838,25
  13. Paraqvay – 802
  14. Çexiya – 784,25
  15. Yunanıstan – 762,75
  16. Şotlandiya – 691,75
  17. Ekvador – 675,5
  18. Rumıniya – 668,5
  19. Danimarka – 657,25
  20. Misir – 633,5
  21. İsrail – 622,75
  22. Xorvatiya – 620
  23. Avstriya – 612,75
  24. Ukrayna – 609,25
  25. Serbiya – 608
  26. Polşa – 561,25
  27. Uruqvay – 551
  28. Mərakeş – 540,5
  29. İsveçrə – 508,75
  30. Bolqarıstan – 498,5
  31. Cənubi Koreya – 484,5
  32. Kipr – 482
  33. Səudiyyə Ərəbistanı – 479,5
  34. Peru – 472,5
  35. Norveç – 472,5
  36. Meksika – 470
  37. Çili – 464
  38. Şimali İrlandiya – 445,5
  39. Yaponiya – 438,5
  40. Azərbaycan – 429,75
  41. Albaniya – 410,5
  42. Sloveniya – 408,75
  43. Kosovo – 402,75
  44. Əlcəzair – 390,5
  45. Ermənistan – 388
  46. Latviya – 386,25
  47. Slovakiya 383,5
  48. Macarıstan – 382,75
  49. İrlandiya – 381
  50. Kosta Rika – 376,5
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: