La Liqa: “Jirona”, “Real” və “Barsa” sürprizə imkan vermədilər

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 21-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə dörd qarşılaşma baş tutub.

Beş qolun qeydə alındığı “Osasuna” – “Xetafe” matçında meydan sahibləri çətin qələbəyə seviniblər. Madrid “Real”ının “Almeriya” ilə ev oyununda da oxşar nəticə qeydə alınıb.

Səfərdə “Betis”in qonağı olan “Barselona” da məhsuldar keçən qarşılaşmadan qalib ayrılmağı bacarıb.

Mövsümün sürpriz komandası, lider “Jirona” da doğma meydanda “Sevilya” ilə münasibətlərinə aydınlıq gətirib. Altı qolun qeydə alındığı bu oyunda jironalılar darmadağına seviniblər.

21-ci tura sabah keçiriləcək “Qranada” – “Atletiko” oyunu ilə yekun vurulacaq.

İspaniya, La Liqa
21-ci tur
19 yanvar

Alaves – Kadis 1:0
Qol: Rioxa, 51-pen.

20 yanvar

Rayo Valyekano – Las Palmas 0:2
Qollar: Moleyro, 35. X.Munyos, 83.

Vilyarreal – Malyorka 1:1
Qollar: Sörlot, 45+1 – Lyabres, 90+1.

Valensiya – Atletik 1:0
Qol: Duro, 61.

Selta – Real Sosyedad 0:1
Qol: B.Mendes, 11.

21 yanvar

Osasuna – Xetafe 3:2
Qollar: R.Qarsiya, 9. Munyoz, 31. Areso, 80 – Mayoral, 64. Maksimoviç, 68.

Real – Almeriya 3:2
Qollar: Bellingem, 57-pen. Vinisius, 67. Karvaxal, 90+9 – Ramazani, 1. E.Qonsales, 43.

Betis – Barselona 2:4
Qollar: İsko, 56; 59 – F.Torres, 21; 48; 90+2. J.Feliks, 90.

Jirona – Sevilya 5:1
Qollar: Dovbik, 13; 15; 19. Siqankov, 56. Stuani, 89 – Romero, 10.

22 yanvar

00:00. Qranada – Atletiko

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: