Premyer Liqa: “Zirə” “Səbail”ə, “Kəpəz” “Turan Tovuz”a qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 19-cu turunun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün ilk matçı “Səbail” və “Zirə” komandaları arasında keçiriləcək. Paytaxt təmsilçiləri daha öncə 25 oyunda üz-üzə gəliblər ki, bu oyunlarda zirəlilərin böyük üstünlüyü var. Belə ki, 4 qələbəsi olan “Səbail” bu rəqibinə 16 dəfə uduzub. Daha 5 görüş heç-heçə yekunlaşıb. “Səbail” son 4 oyunda qol vurub. “Zirə” isə son 3 matçda uduzmayıb. Bu oyun ərəfəsində “Zirə” 29 xalla üçüncü, “Səbail” isə 26 xalal 5-ci sırada qərarlaşıb.

Daha sonra “Kəpəz” qərb derbisində “Turan Tovuz”u “qəbul edəcək”. Oyun məlum səbəblərdən Qəbələdə baş tutacaq. Bu, sözügedən kollektivlərin 7-cu görüşü olacaq. Əvvəlki oyunlarda Gəncə təmsilçisi cəmi 1 qələbə qazanıb, 1 heç-heçə edib və 4 məğlubiyyətlə üzləşib. Bu komandaların oyunlarında qol vuran tərəf qalib gəlib. “Turan Tovuz” son iki qarşılaşmada quru hesabla qalib gəlib.

19-cu turun qalan oyunları yanvarın 23-də keçiriləcək.

Premyer Liqa
19-cu tur
21 yanvar

“Sabah” – “Neftçi” 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Elşad Abdullayev, Nicat İsmayıllı.
VAR: İnqilab Məmmədov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Masazır Arena”, 16:00.

22 yanvar

“Səbail” – “Zirə”
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rəhman İmami, Səbuhi Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Bakı. “Bayıl Arena”, 15:00.

“Kəpəz” – “Turan Tovuz”
Hakimlər: Əli Əliyev, Müslüm Əliyev, Teymur Teymurov, Vüqar Həsənli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Qəbələ şəhər stadionu, 17:30.

23 yanvar

“Qəbələ” – “Sumqayıt”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, İslam Məmmədov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Qəbələ şəhər stadionu, 16:30.

“Qarabağ” – “Araz-Naxçıvan”
Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Pərvin Talıbov, Kamran Əliyev.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: