Türkiyənin “Trabzonspor” komandasının baş məşqçisi Fatih Tekke komandanın ötən gecəki biabırçı məğlubiyyətindən sonra istefa verib.
Arena.az xəbər verri ki, 48 yaşlı mütəxəssis bu qərarı komandasının Avropa Liqasının təsnifat mərhələsinin pley-offunda “Ferentsvaroş”a məğlub olaraq turnirdən kənarda qalmasından sonra qəbul edib.
“Trabzonspor” cavab oyununda səfərdə Macarıstan təmsilçisinə 0:4 hesabı ilə uduzub. İlk görüşdə də “Ferentsvaroş” 1:0 hesabı ilə qalib gəlmişdi. Beləliklə, iki oyunun nəticəsinə əsasən 0:5 hesabı ilə məğlub olan Türkiyə klubu Avropa Liqasının əsas mərhələsinə vəsiqə qazana bilməyib və mübarizəni Konfrans Liqasında davam etdirəcək.
“17-18 ay baş məşqçi vəzifəsində çalışdıqdan sonra istefa verirəm. Qoy bu, mənim üçün ən azı bir qədər ədalətli cəza olsun”, – deyə Tekke jurnalistlərə açıqlamasında bildirib.
Xatırladaq ki, Fatih Tekke 2025-ci ildən “Trabzonspor”a rəhbərlik edirdi. O, bu klubun yetirməsidir və futbolçu kimi 1994-2000 və 2003-2006-cı illərdə “Trabzonspor”un formasını geyinib. Trabzon təmsilçisi bu mütəxəssisin rəhbərliyi altında bütövlükdə 61 oyuna çıxıb, 35 qələbə, 14 heç-heçə, 12 məğlubiyyət görüb.


