Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 21-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış matçında “Qranada” və “Atletiko” komandaları qarşılaşıblar. Madrid təmsilçisi səfər matçında qələbəni tək qolla təmin edib.
Beləliklə, 21 turdan sonra 52 xala malik “Jirona” vahid liderdir. Madrid “Real”ı 51 xalla ikinci, “Barselona” 44 xalla üçüncü pillədə qərarlaşıblar. “Atletiko” və “Atletik”in hesabında 41 xal var. “Real Sosyedad” 35, “Valensiya” 32, “Las Palmas” və “Betis” 31, “Xetafe” 26, “Osasuna” 25, “Alaves” və “Rayo Valyekano” 23, “Vilyarreal” və “Malyorka” 20, “Selta” 17 xal toplayıblar.
İspaniya, La Liqa
21-ci tur
19 yanvar
Alaves – Kadis 1:0
Qol: Rioxa, 51-pen.
20 yanvar
Rayo Valyekano – Las Palmas 0:2
Qollar: Moleyro, 35. X.Munyos, 83.
Vilyarreal – Malyorka 1:1
Qollar: Sörlot, 45+1 – Lyabres, 90+1.
Valensiya – Atletik 1:0
Qol: Duro, 61.
Selta – Real Sosyedad 0:1
Qol: B.Mendes, 11.
21 yanvar
Osasuna – Xetafe 3:2
Qollar: R.Qarsiya, 9. Munyoz, 31. Areso, 80 – Mayoral, 64. Maksimoviç, 68.
Real – Almeriya 3:2
Qollar: Bellingem, 57-pen. Vinisius, 67. Karvaxal, 90+9 – Ramazani, 1. E.Qonsales, 43.
Betis – Barselona 2:4
Qollar: İsko, 56; 59 – F.Torres, 21; 48; 90+2. J.Feliks, 90.
Jirona – Sevilya 5:1
Qollar: Dovbik, 13; 15; 19. Siqankov, 56. Stuani, 89 – Romero, 10.
22 yanvar
Qranada – Atletiko 0:1
Qol: Morata, 55.


