Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, Günün ilk qarşılaşması “Murov” və “Gəncə” komandaları arasında olub.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan matç “Murov” komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.
10-cu turun növbəti oyununda “Milli Aviasiya Akademiyası” və UNEC komandaları üz-üzə gəliblər. UNEC-in idman zalında baş tutan görüş Vüqar Əliyevin yetirmələrinin 3:0 hesablı qələbəsi ilə bitib.
10-cu turun və ikinci dövrənin son qarşılaşması yanvarın 25-də “Abşeron” və “Azərreyl” komandaları arasında baş tutacaq.
Beləliklə, hazırda “Murov” 23 xalla (8 qələbə) turnir cədvəlinə liderlik edir. “Azərreyl” 22 xalla (7 qələbə) 2-ci, “Abşeron” 20 xalla (7 qələbə) 3-cü, “Gəncə” 13 xalla (4 qələbə) 4-cü, “Milli Aviasiya Akademiyası” 9 xalla (3 qələbə) 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.
Yüksək Liqa
10-cu tur
23 yanvar
“Murov” – “Gəncə” 3:0 (25:15, 25:21, 25:17)
“Milli Aviasiya Akademiyası” – UNEC 3:0 (25:20, 25:7, 25:10)


