Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında 19-cu turun oyunları keçirilir.
Arena.az xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.
“Qarabağ” və “Araz-Naxçıvan”ın əvəzediciləri arasında keçirilmiş oyunda Ağdam təmsilçisi inamlı qələbəyə sevinib.
Bu gün “Qəbələ” ilə “Sumqayıt”ın da ikinci komandaları qarşılaşmalı idi. Lakin Qəbələyə qar yağması səbəbindən bu oyunun sabaha keçirilməsinə qərar verilib.
Əvəzedicilər Liqası
19-cu tur
22 yanvar
“Sabah-2” – “Neftçi-2” 1:3
Qollar: Nicat Quliyev, 87 – Bahadur Quliyev, 27. İbrahim Novruzov, 65. Elcan Əbilov, 78.
Hakimlər: Kamran Əliyev, Asiman Əzizli, Samir Qaracayev, Mahmud Bağırzadə.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Bakı. “ASK Arena”, 14:00.
23 yanvar
“Kəpəz-2” – “Turan Tovuz-2” 0:1
Qol: Sadiq Şəfiyev, 77-pen.
Hakimlər: Elvin Bayramov, Tərlan Talıbzadə, Aydın Baxşıyev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.
“Səbail-2” – “Zirə-2” 4:0
Qollar: Fərid Şahhüseyni, 20. Ayaz Mikayılov, 52. Məmməd Əhmədov, 56. Oruc Məmmədov, 78.
Hakimlər: Şamil İmanzadə, Orxan İbişov, Sevda Nuriyev, Murad Səlimov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
“Bayıl Arena”, 14:00.
24 yanvar
“Qarabağ-2” – “Araz-Naxçıvan-2” 2:0
Qollar: Emil Binyətzadə, 26. Mirmövsüm Caniyev, 36.
Hakimlər: Əkbər Əhmədov, Sənan Atayev, Mirnihat Seyidov, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Binə qəsəbə stadionu, 14:00.
25 yanvar
“Qəbələ-2” – “Sumqayıt-2”
Hakimlər: İslam Məmmədov, Kərim Zeynalov, Gülnurə Əkbərzadə, Namiq Bəkirov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:00.


