Yüksək Liqa: “Murov” MOİK-ə sürpriz şansı vermədi

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, günün yeganə matçında “Murov” MOİK-i qəbul edib.

“Murov”un idman zalında təşkil olunan görüşə meydan sahibləri üstün başlayıblar və birinci seti 25:18 hesabı ilə aktivlərinə yazıblar. Gərgin keçən ikinci hissədə isə MOİK 25:23 hesabı ilə üstün olub. Bundan sonra ev sahibi yenidən təşəbbüsü ələ keçirərək növbəti setləri qalib başa vurub – 25:8, 25:18.

Beləliklə, maraqlı mübarizə şəraitində keçən matçda “Murov” 3:1 hesablı qələbə qazanıb.

Bu oyundan sonra “Murov” 18 xalla (7 qələbə) turnir cədvəlinə liderlik edir. “Azərreyl”in 18 (6 qələbə), “Xarı Bülbül”ün (Şuşa) 16 (5 qələbə), “Neftçi”nin 13 (4 qələbə), “Xarı Bülbül”ün (Laçın) 4 xalı (1 qələbə) var. MOİK-in isə qələbəsi və xalı yoxdur.

Yüksək Liqa
24 yanvar

“Murov” – MOİK 3:1 (25:18, 23:25, 25:8, 25:14)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: