“Bayern”də ciddi itki – Dayo Upamekano sıradan çıxdı

Almaniya nəhəngi “Bayern” itki ilə üzləşib – komandanın fransalı mərkəz müdafiəçisi Dayo Upamekano zədələnib.

Arena.az xəbər verir ki, bu barədə Münhen klubunun rəsmi saytı məlumat yayıb.

Upamekano “Bayern”in “Union Berlin”lə Bundesliqanın 13-cü turunun təxirə salınmış oyunu (1:0) zamanı bud əzələsinin yırtığı ilə üzləşib.

“Bayern”in baş məşqçisi Tomas Tuxel fransalı müdafiəçinin zədəsini şərh edib:

“Dizaltı vətərin yırtığı dedikdə, biz buraxılacaq günlərdən deyil, həftələrdən danışırıq. Artıq müayinə edilib, diaqnozumuz var, indi əlimizdən gələn ancaq gözləməkdir. Bu, Upamekano və bizim üçün həqiqətən çətindir. O, son həftələrdə əla formada idi.

Bizə yeni oyunçular gərək deyil. Kim geri döndü. Biz heyət üzərində işləyirik və təlaşa düşməyəcəyik”, deyə alman mütəxəssis bildirib.

Xatırladaq ki, sözügedən oyunda Upamekano (1:0) fasilə zamanı meydanı tərk etməli olub.

Dayo Upamekano “Valansyen”in yetirməsidir. Fransalı müdafiəçi karyerası ərzində “Zalsburq”, “Leypsiq” və “Bayern”də çıxış edib.

“Bayern” Upamekanonu 2021-ci ilin iyulunda 42,50 milyon avro müqabilində “Leypsiq”dən tamhüquqlu əsasda heyətinə qatıb.
Upamekano cari mövsümdə “Bayern”in heyətində 22 oyuna çıxıb, 1 qol vurub.

Dayo Upamekanonun qənimətlər muzeyində “Leypsiq”lə 2 Avstriya çempuonluğu, 2 Avstriya Kuboku və “Bayern”lə 2 Almaniya çempionluğu və 2 Almaniya Super Kuboku var.

Upamekano 2020-ci ilin sentyabrında debüt etdiyi Fransa yığmasının heyətində 17 oyuna çıxıb, 2 qol vurub. Müdafiəçi “xoruzlar”la 2021-ci il UEFA Millətlər Liqasının qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı mərkəz müdafiəçisinin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: