İspaniya Kubokunda yarımfinalın püşkü atıldı

Bu gün futbol üzrə İspaniya Kubokunda 2023/2024 mövsümünün yarımfinal mərhələsinin püşkatma mərasimi təşkil olunub.

Arena.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Püşk nəticəsində “Malyorka” “Real Sosyedad”a, Madrid “Atletiko”su isə Bilbao “Atletik”inə rəqib olub.

Qeyd edək ki, İspaniya Kubokunda yarımfinal mərhələsinin ilk oyunları fevralın 6-da və 7-də, cavab matçları isə fevralın 27-də və 29-da keçiriləcək.

İspaniya Kuboku

Yarımfinalın ilk oyunları

6 fevral

00:00. Malyorka – Real Sosyedad

7 fevral

00:30. Atletiko – Atletik

Yarımfinalın cavab oyunları

27 fevral

00:30. Real Sosyedad – Malyorka

29 fevral

00:30. Atletik – Atletiko

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: