Hakon Valdimarsson “Brentford”da – 3 milyonluq transfer

İsveçin “Elfsborq” klubunun və İslandiya millisinin qapıçısı Hakon Valdimarsson bundan sonra “Brentford”un uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

İngiltərə klubu 3 milyon avro ödəməklə 22 yaşlı qolkiperi heyətinə qatıb. Onunla 4,5 + 2 illik müqavilə imzalanıb. Bir sözlə, hər şey uğurlu getsə, Valdimarsson 2030-cu ilin yayına qədər “Brentford”un formasını geyinə bilər.

Hakon Valdimarsson İslandiyanın “Qrotta” klubunun yetirməsidir. O, 2021-ci ilin iyul ayında məhz bu klubdan “Elfsborq”a keçmişdi. İsland futbolçu İsveç klubunun heyətində bütövlükdə 49 oyun keçirib, 40 qol buraxıb və 21 qarşılaşmada qapısının toxunulmazlığını təmin edə bilib.

İslandiyanın U-18, U-19 və U-21 yığmalarının şərəfini qorumuş Valdimarsson 2022-ci ilin yanvarında əsas millinin də heyətində debüt edib. O, İslandiya yığmasında indiyə qədər 6 oyuna çıxıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: