MY və “Liverpul” da İngiltərə Kubokunda 1/8 finala yüksəldilər

Bu gün futbol üzrə İngiltərə Kubokunda 2023/2024 mövsümünün 1/16 final mərhələsinin növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, dördüncü oyun günündə dörd qarşılaşma baş tutub.

“Vest Bromviç”in qonağı olan “Vulverhempton” inamlı qələbə sayəsində 1/8 finala yüksəlib. Səfərdə “Nyuport”la qarşılaşan “Mançester Yunayted” də sürprizə imkan verməyib. “Liverpul” doğma meydanda “Norviç Siti”yə böyük hesabla qalib gəlib.

“Uotford” – “Sauthempton” matçında isə qalib müəyyənləşməyib. Reqlamentə əsasən bu komandalar təkrar matçda üz-üzə gələcəklər.

İngiltərə Kubokunda 1/16 final mərhələsinə yanvarın 29-da keçiriləcək bir oyunla yekun vurulacaq.

İngiltərə Kuboku
1/16 final
25 yanvar

Bornmut – Suonsi Siti 5:0

26 yanvar

Bristol Siti – Nottingem Forest 0:0
Çelsi – Aston Villa 0:0
Şeffild Uensdey – Koventri Siti 1:1
Tottenhem – Mançester Siti 0:1

27 yanvar

İpsviç Taun – Meydston Yunayted 1:2
Everton – Luton Taun 1:2
Lids – Plimut 1:1
Lester Siti – Birmingem Siti 3:0
Şeffild Yunayted – Brayton 2:5
Fulhem – Nyukasl 0:2

28 yanvar

Vest Bromviç – Vulverhempton 0:2
Uotford – Sauthempton 1:1
Liverpul – Norviç Siti 5:2
Nyuport – Mançester Yunayted 2:4

29 yanvar

23:30. Bləkbörn – Reksem

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: