Qadın voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) sabah 2023/2024 mövsümünün 3-cü dövrəsinə start veriləcək.
Arena.az xəbər verir ki, Yüksək Liqada 11-ci turun qarşılaşmaları yanvarın 30-da və 31-də baş tutacaq.
Yanvarın 30-da Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Milli Aviasiya Akademiyası” və “Gəncə” komandaları üz-üzə gələcəklər. Bu matç saat 15:00-da start götürəcək. Günün digər oyunu isə saat 18:00-da “Murov” və “Abşeron” komandaları arasında olacaq. Hər iki qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.
Tura yanvarın 31-də “Azərreyl” – UNEC matçı ilə yekun vurulacaq. UNEC-in idman zalında təşkil olunacaq oyunun start fiti saat 18:00-da çalınacaq.
Yüksək Liqa
11-ci tur
30 yanvar
15:00. “Milli Aviasiya Akademiyası” – “Gəncə”
18:00. “Murov” – “Abşeron”
31 yanvar
18:00. “Azərreyl” – UNEC


