Yüksək Liqa: “Azərreyl” UNEC-i yendi, yenidən zirvəyə yüksəldi

Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, UNEC-in idman zalında baş tutan günün yeganə matçında “Azərreyl” və UNEC komandaları üz-üzə gəliblər.

11-ci turun qapanış matçı “Azərreyl”in 3:0 hesablı qələbəsi başa çatıb.

Beləliklə, xallarının sayını 27-yə çatdıran (9 qələbə) “Azərreyl” yenidən liderliyi ələ alıb. “Murov” 26 xalla (9 qələbə) 2-ci, “Abşeron” 21 xalla (7 qələbə) 3-cü, “Gəncə” 15 xalla (5 qələbə) 4-cü, “Milli Aviasiya Akademiyası” 10 xalla (3 qələbə) 5-cidir. Qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədə qərarlaşıb.

Yüksək Liqa
11-ci tur
31 yanvar

“Azərreyl” – UNEC 3:0 (25:13, 25:18, 25:7)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: