Futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 20-ci turundan təxirə salınmış oyunlar keçirilib.
Arena.az xəbər verir ki, bu gün iki belə qarşılaşma baş tutub.
Son çempion “Barselona” doğma meydanda “Osasuna” ilə qarşılaşıb. Rəqibini tək qolla məğlub edən Kataloniya təmsilçisinin heyətində yeni transfer Vitor Roke fərqlənib.
Madrid “Atletiko”su isə evdə “Rayo Valyekano” ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı bu oyunda da meydan sahibləri qələbəyə seviniblər.
Beləliklə, hazırda 3-4-cü yerləri bölüşən “Atletiko” ilə “Barselona”nın 47 xalı var. Lider “Jirona” 55 xal toplayıbsa, əsas izləyicisi “Real” 54 xalla ikincidir. “Osasuna” 26 xalla 12-ci, “Rayo Valyekano” 24 xalla 13-cü pillədə qərarlaşıb.
İspaniya, La Liqa
20-ci turun oyunları
31 yanvar
Barselona – Osasuna 1:0
Qol: V.Roke, 63.
Atletiko – Rayo Valyekano 2:1
Qollar: Reynildo, 35. Depay, 90+1 – A.Qarsiya, 42.


