Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün qış fasiləsinə yekun vurulub.
Arena.az xəbər verir ki, 2024-cü ilə derbi ilə start verilib – “Baku Fire” “Neftçi” İK ilə qarşılaşıb.
Hesabı nominal meydan sahibləri açsa da, “Baku Fire” ardıcıl 3 qol vurmaqla üstünlüyü ələ alıb. Düzdür, “Neftçi” yenidən fərqi azaltmağı bacarıb, amma qonaqlar üstünlüyü sonadək qoruyublar və yeni ilə qələbəylə başayıblar. “Baku Fire” bununla həm də cari mövsümdəki heç-heçə seriyasını qırmış olub. Belə ki, bu komandalar arasında 1-ci və 2-ci dövrədə keçirilən oyunlar 5:5 hesabı ilə yekunlaşmışdı.
“Araz-Naxçıvan”ın “Yasamal Bakı” ilə dueli daha çox yeniləri tanımaq baxımından maraqlı olub. Lider finişə zirvədə çatmaq üçün qış fasiləsindən maksimum yararlanmağı bacarıb. Elə yenilərdən 3-ü fərqlənməklə komandaya faydalı olacaqlarını göstəriblər.
Turun son matçı U-19-un “Record” üzərində böyükhesablı qələbəsi ilə əlamətdar olub. Bu, gənclər yığmamızın cari mövsümdə ilk qələbəsidir.
Yüksək Liqa
11-ci tur
1 fevral
Neftçi İK – Baku Fire 4:6
Qollar: Amir Şojaei, 4:02. Fərid Atakişiyev, 17:12. Alireza Bayat, 22:54. Vahib Xocayev, 36:26 – Kənan Manafov, 10:00; 38:32. Murad Quluzadə, 10:42. Yaqo Enrike, 14:00. Oktay Rüstəmli, 17:36-pen; 18:46.
Hakimlər: Əli Cəbrayılov, Hikmət Qafarlı, Hidayət Feyzullayev.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Olimpik Star”. Saat 13:00.
“Araz-Naxçıvan” – “Yasamal Bakı” 8:0
Qollar: Katatau, 9:23. Xəzər Ağalızadə, 9:49; 27:56. Andre Junior, 12:43; 29:17. Lukas Romao, 32:40. Miloş Todoriç, 36:11. Həsənəli Rəhimov, 39:40.
Hakimlər: Ceyhun Hüseynov, Hacıəli Ağayev, Məmmədəli Kərimov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı. “Olimpik Star”. Saat 15:00.
Record – U-19 2:11
Qollar: Arzu Abbasov, 15:12. Rasim Mikayılov, 30:18 – İlham Alıyev, 0:20; 20:28; 23:00. Pünhan Qasımzadə, 8:48. Qüdrət Qasımzadə, 21:42. Oqtay Mahmudzadə, 24:39. Rəvan Məşiyev, 28:03; 36:48. Rüfət Məmmədli, 33:43. Hüseyn Cəfərzadə, 36:33. Ümid Qəhrəmanov, 38:38.
Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, İmran Məhərrəmov.
Hakim-inspketor: Füzuli Nəcəfov.
Bakı. “Olimpik Star”. Saat 17:00.
Xallar: Araz Naxçıvan – 28. Neftçi – 23. Baku Fire – 21. Yasamal Bakı – 8. U-19 – 6. Record – 4.


