Yüksək Liqa: “Murov” “Neftçi” ilə bacarmadı

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan görüşdə “Neftçi” və “Murov” komandaları üz-üzə gəliblər.

Oyun “Neftçi”nin üstünlüyü ilə başlayıb. İlk iki hissəni qalib başa vuran Pərviz Səmədovun yetirmələri gərgin keçən üçüncü hissədə məğlub olublar. “Murov” hesab arasındakı fərqi azaltsa da, dördüncü set oyunda sonuncu olub. Bu hissədə yenidən təşəbbüsə yiyələnən “Neftçi” görüşdən 3:1 hesabı ilə qalib ayrılıb.

“Murov” 18 xalla (7 qələbə) turnir cədvəlinə liderlik edir. “Azərreyl”in 18 (6 qələbə), “Xarı Bülbül”ün (Şuşa) 16 (5 qələbə), “Neftçi”nin 16 (5 qələbə), “Xarı Bülbül”ün (Laçın) 4 xalı (1 qələbə) var. MOİK-in isə qələbəsi və xalı yoxdur.

Yüksək Liqa
11-ci tur
1 fevral

“Neftçi” – “Murov” 3:1 (25:19, 25:23, 19:25, 25:22)

Xəbəri sosial şəbəkələrdə paylaş: