La Liqa: Xoselunun dublu “Real”ı zirvəyə daşıdı

Futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 20-ci turundan təxirə salınmış oyunlar keçirilib.

Arena.az xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.

“Real” səfərdə “Xetafe” ilə münasibətlərinə aydınlıq gətirib. Madrid təmsilçisi rəqibi üzərində inamlı qələbəyə sevinib.

Bu qələbə “Real”ı turnir cədvəlinin ilk pilləsinə çıxarıb. Hazırda 57 xalı olan Madrid təmsilçisi vahid liderdir. “Jirona” 55 xalla ikincidir. “Barselona” və “Atletiko” (Madrid) isə 47 xal toplayıblar. “Xetafe” də 29 xalla 10-cudur.

İspaniya, La Liqa
20-ci turun oyunu
31 yanvar

Xetafe – Real 0:2
Qollar: Xoselu, 14; 56.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: