Yüksək Liqa: “Baku Fire” – “Record” matçının vaxtı bilindi

Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün 10-cu turundan təxirə salınmış bir oyun keçiriləcək.

Arena.az xəbər verir ki, “Baku Fire” ilə “Record” arasına keçrilməli olan qarşılaşma fevralın 4-də baş tutacaq.

“Olimpik Star”da keçiriləcək oyuna saat 16:00-da start verilcək.

Xatırladaq ki, ötən il dekabrın 7-də keçirilməli olan görüş “Baku Fire” komandasının protokolu təyin olunan vaxtda göndərməməsi üzündən baş tutmamışdı. AFFA İntizam Komitəsi oyunun yenidən keçirilməsi barədə qərar qəbul etmişdi.

Qeyd edək ki, artıq “Baku Fire” – “Record club” oyununa təyinatlar da açıqlanıb.

Yüksək Liqa
10-cu tur
4 fevral

“Baku Fire” – “Record”
Bakı. “Olimpik Star”. Saat 16:00.
Hakimlər: Knyaz Əmiraslanov, Vüsal Balaşov, Məmmədəli Kərimov.
Hakim-inspektor: Azad Hüseynov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: